Rusiya prezidenti Vladimir Putinə Cənubi Koreyada taekvando üzrə 9-cu fəxri dan qardaşlıq mükafatı verilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Cənubi Koreyada səfərdə olan Putinə kəmər və mükafatı Dünya Taekvando Federasiyasının prezidenti Çu Çxon Von təqdim edib.
Putin mükafat barədə danışıb: “Mən düşünmürəm ki, belə yüksək mükafatı qazanmağa layiqəm. Qardaşlıq rəmzi olaraq, mən belə bir mükafata layiq görüldüm”.
Qeyd edək ki, 9-cu dan mükafatı az sayda şəxsə verilib. Bunların arasında ABŞ, İndoneziya, Honduras, İspaniya, Xorvatiya və Pakistanın dövlət başçıları var.