Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Putin Ukrayna ilə danışıqlara hazırlıq üçün müşavirə keçirdi
Rusiya Prezidenti Vladimir Putin mayın 14-də axşam saatlarında Türkiyənin İstanbul şəhərində Ukrayna tərəfi ilə keçiriləcək danışıqlara hazırlıq məqsədi ilə müşavirə keçirib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.
Peskovun sözlərinə görə, müşavirədə prezidentin müvafiq sərəncamı ilə təyin olunmuş Rusiya danışıqlar qrupunun üzvləri ilə yanaşı, bir sıra yüksəkrütbəli dövlət rəsmiləri də iştirak ediblər. Onların sırasında Rusiya xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov və Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov olublar.
"Rusiya-Ukrayna danışıqları" teqi üzrə xəbərlər
- Rusiya-Ukrayna danışıqları yenidən İstanbulda keçiriləcək?
- Rusiya Ukraynaya 1 200 hərbçinin cəsədini təhvil verdi
- Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub
- Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub
- Tramp: "2020-ci ildə prezident seçkisi saxtalaşdırılmasaydı, bu müharibə baş verməzdi"