Qazaxıstanın prezidenti Nursultan Nazarbayev ölkənin qərbinə, Atırau vilayətinə səfəri zamanı bildirib ki, Qazaxıstan Respublikasının adı “Qazax eli”-nə dəyişə bilər.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Qazaxıstanın prezidenti Nursultan Nazarbayev deyib:
“Orta Asiyanın başqa dövlətləri kimi ölkəmizin də adının sonunda “stan” sonluğu var. Əcnəbilərin maraq göstərdiyi və əhalisinin sayı 2 milyon olan Monqol Ulusu adının sonundakı “stanı” götürdü. Odur ki, biz də zaman-zaman “Qazax eli” adına keçmək məsələsinə baxacağıq. Ancaq öncə bunu xalqla müzakirə etməliyik”.