Qazaxıstanın qərbində Aktobe şəhərində çərşənbə günü xüsusi əməliyyat aparılır.
Oxu.Az bu barədə Tengrinews.kz-a istinadən xəbər verir.
“Hazırda Aktobedə Milli Təhlükəsizlik Komitəsinin qüvvələri ilə xüsusi əməliyyat keçirilir. Tədbir neft emalı zavodunun həyətində, saxlanma əməliyyatları isə şəhərin müxtəlif hissələrində aparılır. Xüsusi əməliyyat başa çatdıqdan sonra Milli Təhlükəsizlik Komitəsi əlavə məlumat verəcək”, - Qazaxıstanın İnformasiya və kommunikasiya nazirliyinin mətbuat katibi Arsen Bektasov bildirib.
Qeyd edilir ki, əməliyyatın iştiraçıları arasında Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi, DİN, Korrupsiya əleyhinə Xidmətin əməkdaşları var.
N.O.
www.oxu.az