Rusiyanın "Qazprom" şirkətinin səhmlərinin qiyməti 2008-ci ilin noyabrından ilk dəfə olaraq 90 rubldan aşağı düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Moskva birjasında keçirilən ticarət məlumatları göstərir.
Birjanın məlumatına görə, Bakı vaxtı ilə saat 18:37-də holdinqin qiymətli kağızlarının dəyəri əvvəlki ticarət gününün bağlanışı ilə müqayisədə 4% azalaraq 89.49 rubla düşüb. Bakı vaxtı ilə saat 20:12-yə olan məlumata əsasən, "Qazprom" səhmlərinin qiyməti 89,18 rubla enib.
Şirkətin səhmləri sonuncu dəfə bu səviyyədə 2008-ci ilin noyabrında, qlobal maliyyə böhranı dövründə satılıb.