Qətərin paytaxtı Dohada partlayışlar baş verib.
Oxu.Az bildirir ki, bu barədə TASS agentliyin məlumat verib.
Ehtimal olunur ki, buna səbəb İranın növbəti hücumunu dəf edən Qətər hava hücumundan müdafiə sistemlərinin fəaliyyətidir.
Qeyd edək ki, britaniyalı hərbçilər İraqdakı hərbi baza üzərində İranın pilotsuz uçuş aparatını vurublar.
İran Hərbi Hava Qüvvələri Fars körfəzi ölkələrində və İraq Kürdüstan Regionunda yerləşən ABŞ bazalarına yenidən hücum edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İran ordusunun bəyanatında deyilir.
Qeyd edək ki, gün ərzində İran ordusu Küveyt, Qətər, BƏƏ-də ABŞ bazalarına zərbələr endirib.
İran İraqın Ərbil şəhərinin hava limanı yaxınlığında yerləşən ABŞ hərbi bazasına zərbələr endirib.
Oxu.Az bu barədə "Fars" agentliyinə istinadən xəbər verir.
Həmçinin "Agence France-Presse" agentliyinin məlumatına görə, Dubayda da yeni partlayışlar baş verib.
İranın yeni hücumu barədə elandan qısa müddət sonra Küveyt və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) bir neçə partlayış baş verib.
Oxu.Az bu barədə "Al Mayadeen" telekanalına istinadən xəbər verir.
Məlumata görə, partlayışlar Küveytin paytaxtı Əl-Küveyt və BƏƏ-nin Dubay şəhərində qeydə alınıb. Dəymiş ziyan barədə məlumat yoxdur.
Bundan əlavə, Bəhreyndə hava həyəcanı siqnalı verilib. Hava həyəcanı siqnalları İordaniyanın paytaxtı Əmman və krallığın bəzi digər şəhərlərində də eşidiliB.
Xatırladaq ki, daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (sepah) İsrailə və ABŞ-nin regiondakı bazalarına qarşı "ən güclü və şiddətli hücumun" başladığını elan etmişdi.
Bəhreynin hava hücumundan müdafiə (HHM) sistemləri regionda gərginliyin artmasından bəri İran ərazisindən krallıqdakı obyektlərə doğru buraxılan 45 raket və 9 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Oxu.Az xəbər verir ki, bu barədə ada dövlətinin müdafiə qüvvələrinin komandanlığı məlumat yayıb.
"Bəhreynin HHM bölmələri İran ərazisindən krallıq istiqamətində buraxılan 45 raketi və 9 döyüş PUA-sını məhv edib", - deyə hərbi qurumun açıqlamasında bildirilir.
Öz növbəsində, Qətərin Müdafiə Nazirliyi İran tərəfindən əmirlik istiqamətində buraxılan 18 ballistik raketin məhv edildiyini elan edib.
Qətərin hava hücumundan müdafiə (HHM) vasitələri İran ərazisindən həyata keçirilən raket hücumunu dəf edir.
Oxu.Az bildirir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
Məlumata görə, HHM sistemləri artıq əmirliyin paytaxtı Doha üzərində bir neçə raketi ələ keçirərək məhv edib.
Qətərin paytaxtı Dohada bir sıra güclü partlayışlar baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a hadisə şahidləri məlumat veriblər.
Məlumata görə, partlayışlar ehtimal ki, İran tərəfindən növbəti hücumun qarşısını alan hava hücumundan müdafiə sisteminin fəaliyyəti ilə bağlı olub.