Aprelin 7-də Bəşər Əsəd qoşunlarının Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silah tətbiqindən yeni videogörüntülər yayılıb.
Oxu.Az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, videogörüntülərdə kimyəvi hücumun qurbanlarının gözü açıq, burunlarından və ağızlarından gələn donmuş ağ köpüklə əks olunub.
Ölənlərin çoxu körpələr və uşaqlardır.
![]()
![]()
Uşaqlardan birinin atası qızının cəsədi üstündə ağlayaraq deyir:
“Qızım, bağışla. Bax, sənə nə almışam. Oyan! Üzünü görmək istəyirəm. Şokolad istədiyini de”.
![]()
Başqa bir videoda isə bir ata oğlunun cəsədinin yanında “Ruhun şad olsun, Məhəmməd. Sən artıq cənnətdəsən”, - deyə ağlayır.
![]()
Kimyəvi hücum nəticəsində 78 nəfər ölüb, yüzlərlə insan yaralanıb.
Qeyd edək ki, Əsəd tərəfdarları martın 19-dan Dumada kimyəvi silah tətbiq etməyə başlayıb.
![]()
![]()
Suriya İnsan Hüquqları Şəbəkəsinin (SNHR) 4 aprel 2018 saylı hesabatında, Bəşər Əsəd rejiminin ötən il 11 dəfə kimyəvi silah istifadə etdiyi bildirilir.
SNHR-nin məlumatına görə, Suriyada müharibənin başlanğıcından bəri Əsəd rejimi 214 dəfə kimyəvi silah istifadə edib. Dumada olan kimyəvi hücum 215-ci olub.
Qeyd edək ki, Duma şəhəri Şərqi Quta bölgəsində müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsidir.