Yaxın 10 il ərzində süni intellekt tərəfindən bəşəriyyətin məhv edilmə ehtimalı artıq 10%-ə çatıb.
Oxu.Az-ın verdiyi xəbərə görə, bunu ABŞ-nin "Anthropic" şirkətində süni intellektin uyğunluğunun stres-testləri istiqamətinin rəhbəri Evan Hyubinger "X" sosial şəbəkəsində bildirib.
Belə bir açıqlama "Anthropic"in tədqiqatçısı Ceykob Koksonun süni intellekt sənayesindən getməsi fonunda verilib. Onun fikrincə, texnologiya şirkətlərinin başlatdığı yarış dünyanı "geridönüş nöqtəsinə" yaxınlaşdırır ki, bu da artıq 2027-ci ilin sonuna qədər fəlakətə gətirib çıxara bilər. Hyubinger, öz növbəsində bu bəyanatı dəstəkləyib.
Bununla belə, o qeyd edib ki, hazırda mövcud olan işləmələr ciddi təhlükə yaratmır, yaranmış narahatlıqlar isə müstəqil şəkildə özünü təkmilləşdirə bilən "superintellektlərin" meydana çıxması ehtimalı ilə bağlıdır.
O, bunun hamının düşündüyündən daha sürətlə baş verdiyini təsdiqləyib.