Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipov istefasından sonra mədəni-təhsil layihələri ilə məşğul olmaq niyyətində olduğunu açıqlayıb.
Bu barədə Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir.
Xatırladaq ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin Dağıstan rəhbəri R.Abdulatipovun istefasını qəbul edib və bu vəzifəyə müvəqqəti olaraq "Vahid Rusiya" fraksiyasının rəhbəri Vladimir Vasilyevi təyin edib.
"Məncə, Moskvanın yaxşı universitetlərindən birində professor olacağam, mədəniyyət və təhsil layihələri ilə məşğul olacağam. İdeya çoxdur, yəni işsiz qalmayacağam", - R.Abdulatipov vurğulayıb.
N.H.