Böyük Britaniya İŞİD terror təşkilatının Suriyadakı əsas istinadgahı olan Rəqqa şəhərinin azad olunmasına 1 milyard dollardan çox vəsait sərf edib.
Оxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "Press Association" nəşri məlumat yayıb.
Bildirilir ki, Krallığın Müdafiə Nazirliyi bu vəsaiti üç il ərzində sərf edib. Həmin müddət ərzində London ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın tərkibində İŞİD-ə qarşı müqavimət göstərib.
Rəqqaya hücum iyunun 6-da başlanıb.
N.H.