ABŞ Dövlət Katibi Marko Rubio Cenevrədə Ukrayna heyəti ilə danışıqlardan sonra ABŞ sülh planında dəyişikliklər edildiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Danışıqlardan sonra Rubio mətbuata bugünkü görüşlərin məhsuldar olduğunu bildirib.
O, Vaşinqton komandasının sülh planına bəzi düzəlişlər" etdiyini aydınlaşdıraraq, hələ çox iş görülməli olduğunu əlavə edib.
Rubio əlavə məlumatların daha sonra təqdim edilə biləcəyini də açıqlayıb.
Dövlət katibi həmçinin vurğulayıb ki, istənilən plan ABŞ Prezidenti Donald Trampın və Rusiyanın təsdiqini tələb edir.
Prezident Volodimir Zelenski tərəfindən təyin edilmiş Ukrayna nümayəndə heyəti Cenevrədə ABŞ tərəfindən təklif olunan sülh planı üzrə işə başlayıb.
Oxu.Az bildirir ki, bu barədə məlumatı Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak "Telegram" kanalında verib.
Yermak ilk görüşünü Böyük Britaniya, Fransa və Almaniya liderlərinin milli təhlükəsizlik məsələləri üzrə müşavirləri Conatan Pauell, Emmanuel Bonn və Günter Sautter ilə keçirdiyini deyib.
Ukrayna liderinin ofisinin rəhbəri əlavə edib ki, növbəti görüş ABŞ nümayəndə heyəti ilə planlaşdırılır:
"Ümumiyyətlə, bu gün müxtəlif formatlarda bir sıra görüşlər nəzərdə tutulub".
Cenevrədə ABŞ Prezidenti Donald Trampın sülh planını müzakirə etmək üçün Vaşinqton və Kiyevin nümayəndə heyətləri arasında müxtəlif formatlarda bütöv bir gün danışıqlar planlaşdırılıb.
Oxu.Az bildirir ki, bu barədə məlumatı "Reuters" agentliyi adı çəkilməyən amerikalı məmura istinadən verib.
O deyib ki, görüş ərəfəsində ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar "müsbət və konstruktiv" keçib.
ABŞ nümayəndəsi vurğulayıb ki, noyabrın 23-də keçirilməsi planlaşdırılan Cenevrə danışıqları hələ tam formatda başlamayıb, lakin bəzi əlaqələndirmə görüşləri artıq baş tutub.
Qeyd edilir ki, ABŞ dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff artıq İsveçrənin Cenevrə şəhərindədirlər.