Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Roma Papası XIV Leo Rusiya və Ukrayna arasında vasitəçi olmaq istəyir
Roma Papası XIV Leo Rusiyanın və Ukraynanın arasında sülhün təmin olunması üçün vasitəçilik təklifini irəli sürüb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Agence France-Presse" xəbər yayıb.
O bu məsələdə öz üzərinə düşən hər şeyi etməyə hazır olduğunu bildirib və sülhün bərpa olunması üçün bütün səylərini göstərəcəyini vurğulayıb.
"Müqəddəs Torpaqdan Ukraynaya, Livandan Suriyaya, Yaxın Şərqdən Tigraya qədər - bu torpaqlarda nə qədər zorakılığa şahidlik edirik! Mən öz tərəfimdən bu sülhün nəhayət bərqərar olmasına kömək edəcəyəm", - deyə o bildirib.
Roma Papası bütün inanclılara müharibə ilə əhatə olunmuş ölkələrdə sülh və rifah üçün dua etməyə çağırıb.
Müqəddəs Taxt hər zaman düşmənlər arasında dialoq qurmağa hazır olduğunu, xalqına ümid və sülh dəyərləri qaytarmağa çalışdığını bildirib.
"Xalqlar sülh istəyir, mən bütün qəlbimlə liderlərə çağırış edirəm - gələk və danışıqlar aparaq", - deyə o əlavə edib.
"Roma Papası XIV Leo" teqi üzrə xəbərlər
- Al Paçino yeni Roma Papası ilə görüşən ilk kino ulduzu oldu
- Roma Papası İsrail və İranı sülhə çağırdı
- İtaliyada leykozdan ölən yeniyetmə 21-ci əsrin ilk müqəddəsi olacaq
- Papa XIV Leonun uşaqlığını keçirdiyi ev tarixə çevrilir: ABŞ-də diqqətçəkən qərar
- Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb