Rumıniyada hökumət əleyhinə etiraz aksiyalarının keçirildiyi altıncı gün 400 minə yaxın adam küçələrə çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bazar günü Rumıniyanın Nazirlər Kabineti Cinayət Məcəlləsinə dəyişikliklər barədə qərarı ləğv etməsinə baxmayaraq, mitinqlər davam edir. Mətbuatda ölkədə bir neçə gündür davam edən etiraz aksiyaları son 25 ilin ən kütləvi aksiyaları olduğu bildirilib.
Aksiya iştirakçıları hökumətə inanmadıqlarını bildirərək onun istefasını tələb edirlər. Onlar etiraz akasiyalarını Nazirlər Kabineti istefa verənə qədər davam edəcəklərini bildiriblər. Aksiyaçılar Rumıniyanın himnini ifa ediblər. Onlar mitinqə əllərində ölkə bayrağı, hökumət və başda Liviu Draqne olmaqla iqtidar Sosial-Demokrat Partiyasının əleyhinə şüarların olduğu plakatlarla çıxıblar.
N.O.
www.oxu.az