Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rumıniyada əsrin fəlakəti: Ölənlər var
Rumıniyanın şərqindəki Qalati əyalətində güclü yağışlar və daşqınlar nəticəsində dörd nəfər ölüb.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Bölgədə 12 yaşayış məntəqəsinə ciddi ziyan dəyib, beş mindən çox evi su basıb. İnsanların evakuasiya edildiyi, yolların bağlandığı Arqes, Bakau, Buzau, Hunedoara, Nyams, Vılça və Vrança əyalətlərində də vəziyyət ağırdır.
Bəzi yaşayış məntəqələrində su basmış küçələrdə suyun səviyyəsi metr yarıma çatır. Fəlakətin nəticələrinin aradan qaldırılmasına xilasedicilər, polis və jandarmlar, eləcə də helikopterlərdən və hava ilə doldurulan qayıqlardan istifadə edən ordu hissələri cəlb olunub. Yerli sakinlər 1970-ci illərin ortalarında baş verən daşqınlardan sonra yeni əsrdə bu ərazidə belə bir fəlakətin baş vermədiyini deyirlər.
"Rumıniya" teqi üzrə xəbərlər
- Əli Əsədov Rumıniya Parlamenti Senatının sədri ilə görüşüb
- Rumıniya parlamentinin nümayəndə heyəti ulu öndərin məzarını və Zəfər parkını ziyarət edib
- Rumıniya Parlamenti Senatının rəhbəri Azərbaycana rəsmi səfərə gəlib
- Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR
- Fransa Rusiya ilə mümkün toqquşmaya hazırlaşır: Ukrayna və Moldova sərhədində hərbi əməliyyatlar