Ukrayna Prezidenti Volodimir Zelenski 6 may saat 00:00-dan etibarən "sükut rejimi"nin tətbiq olunacağını bəyan edib.
Oxu.Az xəbər verir ki, dövlət başçısı bu barədə öz "Telegram" kanalında paylaşım edib.
"Mayın 5-dən 6-na keçən gecə, saat 00:00-dan etibarən sükut rejimi elan edirik. Hesab edirəm ki, bu vaxtadək sükutun təmin olunması realdır. Müəyyən olunmuş vaxtdan etibarən biz "güzgü prinsipi" ilə hərəkət edəcəyik", - deyə Zelenski qeyd edib.
Rusiya Müdafiə Nazirliyi 8 və 9 may tarixlərində atəşkəs elan olunduğunu açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu qərarın Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə qəbul edildiyi bildirilib.
Məlumata görə, atəşkəs Böyük Vətən müharibəsində Qələbə gününün qeyd olunması ilə əlaqədar elan olunub.
Nazirlikdən qeyd olunub ki, Moskva bu qərarla bağlı Kiyevin də eyni addımı atacağını gözləyir.