Rusiya Ermənistana “Antiqrad” qrad əleyhinə raket sistemi verib.
Оxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.
Nazirlikdən bildirilib ki, iki sistem pulla alınıb, üçüncüsünü isə Rusiya şirkəti ermənilərə pulsuz verib: "Bu sistem radiolokasiya siqnalı ilə işləyəcək”.
Məlumata görə, Ermənistan föqəladə hallar naziri David Tonoyan yeni sistemin quraşdırıldığı Araqtsotn vilayətinin Artaşavan kəndində olub.
N.H.