Rusiyanın Parisdəki müvəqqəti işlər vəkili Aleksandr Zezyulin Fransa Xarici İşlər Nazirliyinə çağırılması zamanı Moskvanın Leypsiqdə baş verən PUA insidenti ilə əlaqəsinin olması barədə ittihamları rədd edib. O, Fransa XİN-in "saxta məlumatlar yaymağı vərdişə çevirdiyini" bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın diplomatik missiyasının mətbuat xidməti məlumat yayıb.
"Rusiya tərəfinə, mahiyyət etibarilə, rəsmi Berlin tərəfindən daha əvvəl irəli sürülmüş və Rusiyanın Leypsiq hava limanında baş vermiş insidentə guya aidiyyəti ilə bağlı tamamilə əsassız ittihamlar çatdırılıb və Almaniya ilə həmrəylik ifadə olunub. Öz növbəsində, müvəqqəti işlər vəkili bu əsassız hücumları qəti şəkildə rədd edib və Fransa XİN-in saxta məlumatlar yaymağı vərdişə çevirməsindən, həmçinin Rusiyanın Fransadakı diplomatik nümayəndəliyinin rəhbərinin Rusiya və Fransa ilə heç bir əlaqəsi olmayan məsələlərlə bağlı çağırılması praktikasına keçməsindən təəssüfləndiyini bildirib", - deyə mətbuat xidmətindən qeyd edilib.