Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Çasov Yar şəhərinə nəzarəti ələ keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumat üçün bildirək ki, Çasov Yar Rusiya Silahlı Qüvvələri üçün həlledici şəhərlərdən biri hesab olunur. Rusiya ordusu şəhərə 2024-cü ilin aprel ayından hücumlara başlayıb.