Rusiyanın Strateji Təyinatlı Raket Qoşunları Hesablamaları və Hava-Kosmik Qüvvələri yanvarın 16-da Arxangelsk vilayətinin Plesetsk kosmodromundan “Topol-M” (“Qovaq-M”) qitələrarası ballistik raketin buraxılışını həyata keçirib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Raketin təlim döyüş hissəsi Kamçatka yarımadasındakı poliqonda olan şərti hədəfi yüksək dəqiqliklə məhv edib”, - deyə məlumatda bildirilir.
S.S.
www.oxu.az