Rusiya Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriyada hərbi əməliyyatlar zamanı hava uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısı alınması haqqında memorandum imzalayıblar.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, sənəd Rusiya Müdafiə Nazirliyində Suriyada “İslam dövləti” terror qruplaşması ilə mübarizədə Rusiya-Türkiyə əməkdaşlığına dair aparılmış məsləhətləşmələr zamanı imzalanıb.
“Memorandum Suriya ərazisində terrorçuların mövqelərinə zərbələr zamanı Rusiya Hava-Kosmik Qüvvələri və türkiyə Hərbi Hava Qüvvələri arasında qarşılıqlı fəaliyyət və koordinasiya mexanizmini müəyyən edir”, - sənəddə deyilir.
S.B.
www.oxu.az