Rusiya və Yaponiya atom enerjisini sülh məqsədilə istifadəyə dair memorandum imzalayıblar.
Oxu.Az xəbər verir ki, TASS-a Rosatomdan məlumat veriblər.
Sənəd Rusiya prezidenti Vladimir Putinin və Yaponiyanın baş naziri Sindzo Abenin iştirakı ilə Rosatom, Yaponiyanın İqtisadiyyat, ticarət və sənaye nazirliyi, Yaponiyanın təhsil, mədəniyyət, idman, elm və texnologiya nazirliyi tərəfindən imzalanıb.
Məlumata görə əməkdaşlığın əsas sahələri sırasında “Fukusima-Dayiçi” AES qəzanın nəticələrinin aradan qaldırılması da yer alır.
N.O.
www.oxu.az