Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiya XİN: "DXR-də müxbir Tsitsaqinin öldürülməsi Kiyevin daha bir ağır cinayətidir"
Rusiya müvafiq beynəlxalq təşkilat və strukturlardan, ilk növbədə YUNESKO-nun baş direktorundan Donetsk Xalq Respublikasında (DXR) ukraynalı silahlıların hücumu nəticəsində həlak olan news.ru-nun müxbiri Nikita Tsitsaqinin qətlini pisləməyi tələb edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın departamentin saytında dərc olunmuş şərhində bildirilib.
O, Tsitsaqinin qətlinin çoxsaylı dinc əhalinin həyatına görə məsuliyyət daşıyan Bandera rejiminin növbəti ağır cinayəti olduğunu vurğulayıb. XİN günahkarların layiq olduqları cəzanı alacaqlarına əminliyini ifadə edib.
"Biz müvafiq beynəlxalq təşkilatlardan və strukturlardan, ilk növbədə, jurnalistlərə hücum və qətil hallarına cavab vermək üçün birbaşa məsuliyyət daşıyan YUNESKO-nun baş direktorundan bu soyuqqanlı cinayəti dərhal və qətiyyətlə pisləməyi tələb edirik", - deyə Zaxarova bildirib.
Mənbə: iz.ru
"Rusiya XİN" teqi üzrə xəbərlər
- Lavrov: "Miqrantların sayını azaltmaq Rusiyanın maraqlarına uyğun deyil"
- Rusiya Ermənistanın Avropa İttifaqına can atmasından narahatdır
- Zaxarova: "Rusiyaya "Taurus" zərbəsi Almaniyanın münaqişəyə birbaşa müdaxiləsi olacaq"
- Rusiyanın sabiq XİN rəhbəri "xarici agent" elan edildi
- Rusiya iki rumıniyalı diplomatı ölkədən qovub