Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiya XİN: "Əsəd hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib"
"Prezident Bəşər Əsəd Suriya Ərəb Respublikası ərazisində silahlı münaqişənin bir sıra iştirakçıları ilə apardığı danışıqlar nəticəsində prezident postunu tərk etmək qərarına gəlib və hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib. Rusiya bu danışıqlarda iştirak etməyib".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.
"Biz Suriya cəmiyyətindəki bütün etno-konfessional qüvvələrin fikirlərinə hörmət etməyə çağırırıq və yekdilliklə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi əsasında inklüziv siyasi prosesin qurulması səylərini dəstəkləyirik. Həmçinin BMT-nin bu yanaşmaları nəzərə alacağını gözləyirik", - məlumatda bildirilib.
Qeyd olunub ki, rəsmi Moskva Suriyada baş verən dramatik hadisələri narahatlıqla izləyir və Suriyadakı Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür:
"Rusiyanın Suriyadakı hərbi bazaları yüksək hazırlıq vəziyyətinə gətirilib. Hazırda onların təhlükəsizliyinə ciddi təhdid yoxdur", - XİN vurğulayıb.
"Rusiya XİN" teqi üzrə xəbərlər
- Zaxarova: "Suriyanın dağılması bütün dünya ictimaiyyəti üçün ciddi nəticələrə səbəb olacaq"
- Zaxarova: "Qarabağda Azərbaycan bayrağı dalğalanır"
- Rusiya XİN: "ATƏT-in Minsk qrupunun bütün strukturları ləğv edilməlidir"
- Rusiya XİN Ərdoğanın açıqlamasına münasibət bildirib
- Zaxarova Ermənistan haqqında: "Guya onlar artıq özlərini hansısa çərçivədən kənarda görürlər"
Rəylər