Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiyada 17 qızı qətlə yetirən şəxs saxlanıldı
Rusiyanın Novosibirsk şəhərində 17 qızın ölümündə təqsirləndirilən 51 yaşlı kişi həbs edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə idarəsinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, qətl hadisələri 1998-ci ildən 2006-cı ilə qədər törədilib.
İstintaq iddia edir ki, saxlanılan şəxs qızların intim xidmətindən istifadə etdikdən sonra, onları doğrayırdı və Novosibirsk rayonunun müxtəlif yerlərində basdırırdı.
Axtarışlar zamanı 3 min nəfərlə sorğu-sual edilib, 300-dən çox molekulyar-genetik tədqiqatlar aparılıb. Nəticədə şübhəli şəxsin genotipi əldə olunub.
Hal-hazırda o istintaq təcridxanasında saxlanılır.