Rusiyanın Lipetsk şəhərində 20 yaşlı azərbaycanlı özünü asaraq itihar edib.
Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, gənc qazanc üçün qohumlarının yanına gəlib.
Gəncin meyiti yerli sakinlər tərəfindən parkda aşkarlanıb.
Məlumata görə, o, işədüzəlmə ilə bağlı sənədlərin rəsmiləşdirilməsi ilə məşğul olub. İntiharın səbəbləri müəyyənləşdirilir.
İ.F.