Rusiyanın Mariy El rayonunda baş verən ağır qəzada ölənlərin sayı 15-ə çatıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Lenta.ru nəşrinə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko məlumat verib.
Bildirilir ki, ölənlərin arasında yetkinlik yaşına çatmayan bir nəfər var.
22:36
Rusiya Federasiyası Mariy El Respublikasında “KamAz”la mikroavtobusun iştirakı ilə baş verən yol qəzasında 14 nəfər ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İnterfax nəşrinə hüquq-mühafizə orqanlarında məlumat verilib.
Qəza zamanı xəsarət alan daha dörd nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata əsasən, mikroavtobusda ümumilikdə 21 nəfər olub.
Qəzaya səbəb kimi regionda hava şəraitinin pisləşməsi göstərilir.
S.B.
www.oxu.az