Rusiyanın Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş vermiş qəza nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, ölənlərdən üçü uşaqdır.
***
08:46
Rusiyanın Vladimir vilayətində avtobusun qatarla toqquşması nəticəsində azı 17 nəfər ölüb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş verib. Məlumata görə, yol hərəkəti qaydalarını kobud şəkildə pozan avtobus dəmir yolu keçidini keçərkən Sankt-Peterburq - Nijni-Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə toqquşub.
Qazaxıstandan gələn avtobusda 56 nəfərin olduğu bildirilir. Qəza yerli vaxtla saat 03:30-da baş verib. Məlumata görə, avtobusdakı sərnişinlər Özbəkistan vətəndaşları olub.
A.S.
www.oxu.az