Rostov-Donda FTX-nin bölgə üzrə sərhəd xidmətinin binasında baş vermiş yanğın nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Bu barədə RF Fövqəladə Hallar Xidmətinin regional bölməsindən bildirilib.
O da vurğulanıb ki, yanğın partlayış nəticəsində baş verib.
14:38
Rusiyanın Rostov-Don şəhərində Federal Təhlükəsizlik Xidməti (FTX) Sərhəd İdarəsinin binası yanır.
Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.
Hadisə şahidləri yanğından əvvəl partlayış səsi eşitdiklərini bildiriblər.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə 20 yanğınsöndürmə briqadası çıxıb.
Zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Mənbə: RT