Rusiyanın Caviar telefon və aksessuarlar brendi hərbçilər üçün ilk telefonu təqdim edib.
Oxu.Az “Life”a istinadən bildirir ki, bu barədə istehsalçının saytında xəbər verilir.
Yenilik titan korpus və “öldürülməz” “Nokia 3310”-nun texniki hissələrini cəmləşdirir. Bundan başqa, yeni telefonlar üç sutkaya qədər enerji saxlaya bilirlər.
“Yenilməzlər” seriyasından olan telefonlar Hərbi Dəniz Donanması günü ərəfəsində işıq üzü görəcək və HDD (Hərbi Dəniz Donanması), XTQ (Xüsusi Təyinatlı Qüvvələr), HHQ (Hərbi Hava Qüvvələri), RF HQ (RF Hərbi Qüvvələri) və FTX (Federal Təhlükəsizlik Xidməti) olmaqla, beş dizayn variantında təqdim olunacaqlar.
N.О.