Yekaterinburqun Leninsk Rayon Məhkəməsi sabiq vəzifəli şəxsə rüşvət verməkdə təqsirləndirilən Ura.ru xəbər agentliyinin Sverdlovsk redaksiyasının redaktoru Denis Allayarov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Bu barədə Oxu.Az TASS-a istinadla xəbər verir.
Bildirilib ki, o, avqustun 4-dək həbsdə qalacaq.
Redaktorun vəkili Svetlana Gerasimova jurnalistlərə bildirib ki, Allayarov özünü təqsirli saymır.
Vəkilin sözlərinə görə, onun almaqda ittiham olunduğu rüşvətin məbləği 20 min rubl (təxminən 432 manat) təşkil edir.
Rusiyanın Yekaterinburq şəhərində redaksiyasında axtarış aparılan Ura.ru xəbər agentliyinin redaktoru Denis Allayarov ilə birlikdə 10 saylı Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin rəisi də saxlanılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Baza" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, Allayarov rüşvət verməkdə, polis əməkdaşı isə rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Bu gün Leninski Məhkəməsində hər ikisi şəxs barəsində qərar çıxarılacaq.
Xatırladaq ki, Ura.ru agentliyində axtarışlar iyunun 5-i səhər saatlarında başlayıb. Səbəblərdən biri yerli jurnalistlərin mənbələrlə işləməsi olub.
Həmçinin Anna Salımskaya və Sergey Bodrov da saxlanılıblar. Onlara xidməti məlumat ötürən və mart ayında saxlanılan keçmiş polis zabiti əməkdaşların əleyhinə ifadə verib. "Poqonlar və qalstuklar" "Telegram" kanalında Daxili İşlər Nazirliyinin əməkdaşları və məmurlar haqqında məlumatların yer aldığı paylaşımlar hüquq-mühafizə orqanlarının diqqətini çəkib.