Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiyada hərbi hissədə partlayışın səbəbi açıqlandı
Aprelin 22-də Vladimir vilayətinin Kirjaç rayonunda yerləşən hərbi hissənin ərazisində baş vermiş yanğın nəticəsində anbarda saxlanılan döyüş sursatları partlayıb.
Bu barədə Oxu.Az Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir.
Bildirilir ki, yanğının söndürülməsi üçün hərbi hissənin və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub:
"İlkin məlumata görə, partlayış zamanı xəsarət alan yoxdur. Partlayıcı maddələrlə işin aparılması zamanı təhlükəsizlik tələblərinin pozulması partlayışa gətirib çıxarıb".
Kirjaç rayonunda fövqəladə vəziyyət rejim elan edilib. Vladimir vilayətinin rəhbərliyi vətəndaşları rayona səfərlərdən imtina etməyə çağırıb.
Rusiyanın Vladimir vilayətinin Kirjaç rayonunda partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Avdeyev öz "Telegram" kanalında məlumat paylaşıb.
Onun sözlərinə görə, aidiyyəti qurumlar hadisə yerində işləyirlər, ətraflı məlumat daha sonra veriləcək.
Kirjaç rayonunun Barsovo kəndinin sakinləri partlayışdan sonra qonşu Krasnıy Oktyabr qəsəbəsindəki məktəblərə təxliyə edilirlər.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Əliyevin qətiyyəti ilə İranın dar ağacından asdığı şovinizm müqəvvası
- Lavrov "3+3" formatında növbəti görüşlərin Bakı və İrəvanda keçirilməsini təklif edib
- Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
- Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqlədi
- Rusiyada kranla "əyləncə": Fəhlələrdən təhlükəli şou