Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiyada sərxoş qadın 9 yaşlı uşağı vurub öldürdü
Moskvada (Rusiya) "Porsche" markalı avtomobili idarə edən 49 yaşlı qadın idarəetməni itirərək səkiyə çıxıb və dayəsi ilə birlikdə 9 yaşlı uşağı vurub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, qadın sərxoş halda avtomobili idarə edib.
Oxu.Az ren.tv-yə istinadən xəbər verir ki, bu barədə paytaxt prokurorluğundan məlumat verilib.
Bildirilir ki, dayə qarlı səki ilə uşağı xizəkdə sürüb. Bu zaman sərxoş Natalya S. arxadan onları vurub.
Zərərçəkənlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Doqquz yaşlı uşaq ölüb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.
Rəylər