Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qışda niyə başağrısı daha tez-tez olur?
Qışda bir çox insan tez-tez baş ağrıları ilə üzləşir və bunun bir neçə izahı var.
Oxu.Az-ın məlumatına görə, bu barədə Gazeta.ru-ya Rusiyanın əməkdar həkimi, tibb elmləri doktoru, professor, Aleksandr Konkov məlumat verib.
Əsas səbəblərdən biri atmosfer təzyiqinin dəyişməsidir. Qışda, xüsusilə kəskin temperatur dəyişiklikləri zamanı tez-tez dəyişir ki, bu da beyin damarlarının spazmına səbəb ola və baş ağrısına gətirib çıxara bilər.
"Bundan əlavə, qış mövsümü günəş işığının çatışmazlığı ilə xarakterizə olunur ki, bu da orqanizmdə D vitamininin istehsalına təsir göstərir. Onun çatışmazlığı yaxşı əhvali-ruhiyyə və ümumi rifahdan məsul olan serotonin hormonunun səviyyəsinin azalmasına səbəb ola bilər. Serotonin çatışmazlığı baş ağrılarını təhrik edə və həmçinin orqanizmin stres faktorlarına həssaslığını artıra bilər", - deyə o izah edib.
Tez-tez baş ağrılarının yaranmasına təsir edən digər amil istilik sistemlərinin işləməsi nəticəsində qapalı məkanlarda havanın quru olmasıdır. Quru hava burun və boğazın selikli qişasını qıcıqlandırır ki, bu da burun tıxanıqlığına və nəticədə baş ağrısına səbəb ola bilər. Həmçinin havada nəm çatışmazlığı orqanizmin dehidratasiyasına səbəb olur ki, bu da özünü hiss etməyə mənfi təsir göstərir və ağrı hissinin yaranmasına səbəb olur.
"Stres və yorğunluğun təsirini unutmaq olmaz. Qış mövsümü tez-tez orqanizmə yükün artması ilə müşayiət olunur: soyuq hava normal həyat fəaliyyətinin saxlanması üçün əlavə səy tələb edir, qısa işıqlı gün isə enerji səviyyəsini azaldır. Bütün bu amillər xroniki yorğunluğun inkişafına və ağrı hissinə həssaslığın artmasına səbəb ola bilər", - deyə həkim yekunlaşdırıb.