Rusiyanın Çelyabinsk vilayətindəki “Zyuratkul” milli parkında sığın azyaşlı qızı təpikləyib.
Parkda gəzən bir qrup turist sığına rast gəlib və onu yedizdirməyi qərara alıb. Vəhşi heyvan əvvəlcə özünü sakit aparıb və insanların ona yaxınlaşmasına icazə verib.
Lakin görünür, sonradan nə isə sığının xoşuna gəlməyib və o insanlara hücum edib.
Mənbə: kp.ru