Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiyada ukraynalı diplomat saxlanılıb
Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti (FTX) Ukraynanın Sankt-Peterburqdakı Baş Konsulluğunun konsulu Aleksandr Sosonyuku hüquq-mühafizə orqanlarının və FTX-nin məlumat bazalarından gizli məlumatlar əldə etdiyi üçün saxlayıb.
Bu barədə TASS FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadla xəbər yayıb.
FTX-dən bu fəaliyyətin diplomatik işçi statusu ilə uyğun olmadığını və Rusiya Federasiyasına qarşı açıq şəkildə düşmənçilik xarakteri daşıdığı vurğulanıb.
Xüsusi xidmət orqanlarından bildirilib ki, Ukrayna diplomatına qarşı beynəlxalq hüquqa uyğun olaraq tədbir görüləcək.
Ukrayna Xarici İşlər nazirinin müavini Yevgeni Yenin Ukrayna konsulu Aleksandr Sosonyukun Sankt-Peterburqda saxlanmasına münasibət bildirib.
Onun sözlərinə görə, bu hadisə Ukraynaya qarşı yönəlmiş növbəti təxribatdır.
“Mövcud təcrübəyə uyğun olaraq və qarşılıqlı əlaqə prinsipi əsasında Ukrayna tərəfi Rusiya diplomatlarına münasibətdə cavab hazırlayır”, - deyə o, UNN agentliyinə bildirib
Rəylər