Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rusiyada yolka üstündə "atəş açan" Şaxta baba axtarılır: Şəhərin mərkəzində təhlükəli anlar
Rusiyanın Çelyabinsk şəhərində Şaxta baba yaylım atəşinin müşayiəti ilə yolka üzərində "gəzintiyə" çıxıb.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, ötən gecə bahalı avtomobil həvəskarları yolkanı çəhrayı "Audi" markalı maşına bağlayıb, üstünə Şaxta babanı oturdub, atəşfəşanlıq altında yüksək sürətlə küçədə hərəkət ediblər.
Çelyabinsk Dövlət Yol Müfəttişliyindən bildirilib ki, hazırda avtomobilin sürücüsü və hadisənin bütün iştirakçıları müəyyənləşdirilir.
"Onlar Dövlət Yol Müfəttişliyinə çağırılacaqlar və qanunvericiliyə uyğun olaraq, barələrində inzibati cavab tədbirləri görüləcək", - deyə qurumdan qeyd edilib.
"Rusiya" teqi üzrə xəbərlər
- Rusiya qoşunları Kursk vilayətində 12 yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi
- Tramp Rusiyaya qarşı sərt mövqe tutduğunu açıqlayıb
- Mükəmməlliyə cəhd problemlər yarada bilər - Rusiyalı psixoloq perfeksionizmin zərərlərini AÇIQLADI
- Tramp: "Rusiya ilə razılaşmaq Ukraynadan daha asandır"
- Ukrayna ilk dəfə döyüşdə Fransanın "Mirage" qırıcı təyyarələrindən istifadə etdi