Həmkarları populyar rusiyalı aktyor Mixail Yefremovu ad günü münasibəti ilə tamaşa zamanı üzünə tort çırpmaqla təbrik ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə “Çapayev və Pustota” tamaşasının PR-meneceri Konstantin Filippov məlumat yayıb.
O qeyd edib ki, tamaşaçılar səhnədə baş verənləri alqış və təbriklərlə dəstəkləyiblər. Zarafatı Yefremov özü də bəyənib, hərçənd bu, onun üçün çox gözlənilməz olub. Səhnədə olan aktyorlar da həmkarlarını təbrik etdikdən sonra tamaşa davam edib.