Biznesmen və keçmiş senator Umar Cabrailovun qızı Alvina Cabrailova atasının intihar etmədiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Alvinanın sözlərinə görə, atasını "susdurublar". O iddia edir ki, bu, Cabrailovun "Ceffri Epsteyn işi" və və ABŞ Prezidenti Donald Tramp ilə əlaqəli məsələlərə mümkün bağlılığı ilə əlaqədar olub.
Paylaşımda qeyd olunur ki, sabiq senator maliyyəçinin köməkçisi ilə yazışıb və görüşlər barədə danışıb. Sızdırılmış fayllarda Cabrailovun karate ilə məşğul olarkən çəkilmiş fotosu da yer alıb. O özü isə həmin şəklin harada və nə vaxt çəkildiyini xatırlamadığını bildirib.
Bundan əvvəl "SHOT" "Telegram" kanalı Cabrailovun ölümündən az əvvəl Epşteynin sənədlərində adının hallandığını yazmışdı. Jurnalistlərin məlumatına görə, arxiv materiallarında onun 1990-cı illərin əvvəllərində çəkildiyi ehtimal olunan fotosu tapılıb.
"SHOT"un iddiasına əsasən, 2001-ci ilin mayında Ghislaine Maxwell Cabrailovdan dostcasına məktub alıb. Məktubda biznesmen onunla "iki gün birlikdə olmaq və qayğı göstərmək" istədiyini yazıb. Daha sonra Cabrailov Maxwell və Epşteyni tanıdığını təsdiqləyib və onlarla eyni şirkətlərdə istirahət etdiyini bildirib.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı rəsmi istintaq orqanlarının mövqeyi açıqlanmayıb.
Moskvadakı hotellərdən birində rusiyalı iş adamı və keçmiş senator Umar Cabrailovun intiharının mümkün səbəbi açıqlanıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, iş adamının maliyyə problemləri üzündən intihar etdiyi ehtimal olunur.
"Cabrailovun son zamanlar maliyyə problemləri var idi və bu da onun intiharının səbəbi ola bilər", - deyə mənbə bildirib.
Cabrailov ölmündən əvvəl aşağıdakı videogörüntünü qeydə alıb:
Rusiyalı iş adamı və keçmiş senator Umar Cabrailov Moskvadakı hotellərdən birində intihar edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Mash” “Telegram” kanalı məlumat verir.
Məlumata görə, 67 yaşlı Cabrailov hoteldə tapılıb və yanında tapança olub. O, ağır vəziyyətdə naməlum şəxs kimi xəstəxanaya yerləşdirilib. Onun kimliyini yalnız təhlükəsizlik işçiləri daha sonra müəyyən ediblər.
Qeyd edilir ki, iş adamı 2020-ci ildə də intihara cəhd edib, lakin o zaman həyatını xilas etmək mümkün olub.
Umar Cabrailov 2004-cü ildən 2009-cu ilə qədər Çeçenistan Respublikasından senator olub. 2017-ci il avqustun 30-da o, Moskvadakı “Four Seasons” hotelində öz otağında tapançadan atəş açdığına görə saxlanılıb. Yekunda o cərimələnib.