Ruisiyanın paytaxtı Moskva şəhərinin sakini suya qarşı nadir allergiya növlərindən birindən əziyyət çəkdiyini bildirib. Akvagen övrə (səpki ilə müşayiəy olunan xəstəlik) su ilə hər hansı təmas zamanı allergiya reaksiyasına səbəb olur.
Oxu.Az SHOT "Telegram" kanalına istinadən xəbər verir ki, Milena adlı qadının valideynləri bu qeyri-adi reaksiyanı hələ onun erkən uşaqlıq illərində hiss ediblər.
Müayinədən sonra allerqoloq ona akvagen övrə diaqnozu qoyub. Məlumata görə, dünyada bu xəstəliyin cəmi 100-ə yaxın halı qeydə alınıb.
Bu xəstəlik zamanı su ilə hər hansı təmas bədəndə suluqların yaranmasına gətirib çıxarır. Reaksiyaya tər, göz yaşları və istənilən mənbədən olan su səbəb ola bilər. Bu nadir xəstəliyin yaranma səbəbləri isə hələ də tam öyrənilməyib.