Böyük Britaniyadan ayrılmağa səs verən Piddinqton kəndinin sakinləri ABŞ Prezidenti Donald Trampa rəsmi müraciət edərək ABŞ-yə qoşulmaq istədiklərini bildirəcəklər.
Oxu.Az "Newsweek"ə istinadən xəbər verir ki, bu barədə Piddinqton icma şurasının sədri Tim Maknelli məlumat verib.
O vurğulayıb ki, müraciət kəndin kənarında 1 250 qaçqının yerləşdirilməsi planı həyata keçiriləcəyi təqdirdə göndəriləcək.
İcma şurasının üzvü Maykl Nikson isə əlavə edib ki, Piddinqton sakinləri artıq ABŞ vətəndaşlarından böyük dəstək alıblar. Onun sözlərinə görə, kənd nümayəndələri hələ Vaşinqtonla danışıqlar aparmayıblar.
Nəşrin məlumatına görə, qaçqınlar üçün düşərgənin yaşayış məntəqəsinin kənarındakı keçmiş hərbi bazanın ərazisində salınması planlaşdırılır. Oxşar obyektlər artıq Sasseks və Esseks qraflıqlarında fəaliyyət göstərir.
Qeyd edək ki, ötən həftə Oksfordşir qraflığının Piddinqton kəndi sakinlərinin miqrantlara görə yaşayış məntəqəsinin Böyük Britaniyadan ayrılması məsələsi ilə bağlı simvolik referendum keçirdikləri barədə məlumat yayılmışdı.