Rusiyanın “Life” telekanalı yayımını dayandırıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu “News Media” holdinqinin direktoru Aram Qabrelyanov bildirib.
Onun sözlərinə görə, bundan sonra kanalı sosial şəbəkədə və saytda izləmək mümkün olacaq.
Avqustun 18-də şirkətin 90 əməkdaşının ixtisar olunduğu barədə məlumat yayılmışdı.
Qeyd edək ki, bu telekanal Azərbaycan ictimaiyyətinin yadında işğal altındakı Dağlıq Qarabağla bağlı saxta məlumatlar yayması ilə yadda qalıb.
E.Ə.
www.oxu.az