İranı 2.8 milyard dollar aldatdığı iddiasıyla edamla mühakimə olunan Babək Zəncani məhkəməyə Qanadan təyyarə ilə İstanbula 1.5 ton qızıl gətirdiyini, qızılların saxta çıxdığını söyləyib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Rza Zərrabın ortağı və İranın neft pulundan 2.8 milyard dolları öz tərəfində keçirdiyi iddiasıyla “fəsad fil ərz” (“Yer üzündə fitnə-fəsad törətmək”) ittihamı ilə Tehrandakı İnqilab Məhkəməsində mühakimə olunan iranlı iş adamı Babək Zəncaninin ötən gün növbəti məhkəmə prosesi baş tutub.

İran mətbuatının bildirdiyinə görə, məhkəməyə 2013-ci ildə Türkiyə Gömrük Nazirliyi Baş müfəttişinin haqqında hesabat hazırladığı, Qanadan sərnişin təyyarəsiylə Türkiyəyə gətirilən və Türkiyədən Dubaya aparılan 1.5 ton qızıl yenidən gündəmə gəlib.
Hakim Ebul Kasım Salavati Zəncanidən “Afrikadan gətirdiyin 1500 kq qızıl haradadır?”,- deyə soruşub.
Zəncani hakim Salavatinin 1.5 ton qızılın Afrikadan Türkiyəyə, oradan da Dubaya necə aparıldığını belə izah edib:
“Afrikadan A. adlı şəxs bizdən 5 milyon dollar avans olaraq nağd ödəmə aldı. Mənim nümayəndələrim iki keşikçi məmuruyla birlikdə Türkiyədən bir sərnişin təyyarəsiylə 1.5 ton qızıl almaq üzrə Afrikaya getdilər. Afrikaya getdikdən sonra bizi axtardılar və “qızılları gördük, Afrika Gömrüyünə bu malı çıxartmaq üçün 1 milyon dollar istəyirlər. İcazə verirsinizsə, malı təyyarəyə yükləyək” dedilər.
Onlara heç bir sənəd olmadan 1 milyon dollar ödədik. Qızıllar yükləndi. Təyyarə İstanbula gəldi. Ancaq təəssüf ki, A. adlı şəxs bu təyyarənin içində “qaçaq yük” var deyə İstanbul polisinə məlumat verib. İstanbul polisi gömrükdə bizdən sənədləri istədi. Biz də əlimizdə olan sənədləri göstərdik.
Ancaq İstanbul Gömrüyü “bu sənədlərin əslini istəyirik” dedi. Mən də A. adlı şəxsə “bu sənədlərin əsli haradadır?” dedim. “Sənədlərin əsli üçün 5 milyon dollar istəyirlər” dedi. Biz də məcbur olaraq əlavə 5 milyon dollar ödədik.
Nəhayət, cəmi 11 və ya 12 milyon dollar pul ödəməli olduq.
Gömrükdə çox pul alınmaması üçün göstərilən sənədlərə içində “bu yüklər gerçək deyil, sünidir” yazıldı. Və nəhayət yük İstanbuldan Dubaya getdi. Dubayda yükün sahibi M. adlı şəxs bizim adamlarımızla birlikdə gömrükdən yükü çıxarmaq üçün getdilər.
Ancaq o zaman qızıl külçələrinin üzərinə akril töküldüyünün fərqinə vardılar. Daha sonra bu işi edənlər Afrikada tutuldu və saxta qızılları satanlardan ikisini həbs etdilər”.

Hakim Salavati eyni zamanda Babək Zəncanidən İrandakı “Parsian Bankı” və “Sarmayeh Bankı” vasitəsilə Rza Zarraba aid “Safir Qızıl” adlı şirkətə 445 milyon avro transfer edilib edilmədiyini və Zarraba 12 milyon avro komisyon ödənib ödənmədiyini soruşub.
Zəncani bu sualı belə cavablandırıb:
““İran Mərkəzi Bankı”nın pulu “Parsian Bankı” və “Sarmayeh Bankı”nın hesabındaydı. Bu iki bank pulu Türkiyədəki “Halkbank”a transfer etmək istədi. Bu səbəbdən həm bu iki bank, həm də “Halkbank” komisyon kəsdi. Əslində Zarrab komisyonu almadı, 12 milyon avro bankların kəsdiyi komisyondur”.
17 dekabr rüşvət və sui-istifadə istintaqı faylında Gömrük və Ticarət Nazirliyi Baş müfəttişinin Qanadan saxta sənədlə Türkiyəyə gələn 1.5 ton qızıl yüklü təyyarə ilə əlaqədar ekspert hesabatında, həmin təyyarənin ölkəyə girişi təmin edilərək, yenə saxta sənəd ilə 114 TL-lik bir cəza ilə Dubaya uçduğu məlum olub.
Gömrük və Ticarət Nazirliyi Baş müfəttişi tərəfindən 18 dekabr 2013-cü il tarixində Qanadan saxta sənədlə Türkiyəyə gələn 1.5 ton qızıl yüklü təyyarə ilə əlaqədar hesabat hazırlamış, hesabatda 2013-ci ilin yanvar ayında ULS hava yollarına aid təyyarə ilə külçə qızılların Qana qanunvericiliyinə uyğun olmayan bir şəkildə qaçaq olaraq ölkə xaricinə çıxardıldığı və təyyarənin icarəsinin Babək Zəncaniyə aid “Kont Qrup Kosmetika Ltd. Şti.” tərəfindən ödəndiyi irəli sürülüb.
Zəncani İranın ona qoyduğu embarqo səbəbiylə beynəlxalq dövrana buraxa bilmədiyi pulları, qızılla ödəmə edərək, Türkiyədəki İran əsilli iş adamı Rza Zarrabın köməkliyi ilə Türkiyəyə aparmaqla günahlandırılıb.

Hesabatda qızılın 1500 kiloqram olaraq bəyan edilməsinə baxmayaraq, 14 milyon 600 min dollar dəyərindəki 292 kiloqram qızılın hər hansı bir bəyanata, gömrük əməliyyatına məruz qalmayraq Türkiyəyə gətirildiyi yazılıb.
Gömrük və Ticarət Nazirliyi Baş müfəttişi tərəfindən 18.12.2013 tarixində hazırlanan 201356-2 saylı istintaq hesabatında, İstanbulda günlərlə gözlədilən təyyarənin “Qanadan saxta sənədlə ticarət dəyəri olmayan “mineral samples-mineral nümunə” bildirişi ilə Türkiyəyə gətirildiyi” məlum olub.
17 dekabr korrupsiya əməliyyatının ardınca internetə sızdırılan səs qeydləri ictimai mediada “Məmur Teoman” fenomenini yaratmışdı.
Teoman Dudak adındakı gömrük məmuru, Babək Zəncanidən ifadə verdiyi 1.5 tonluq qızıl transferinə istiqamətli bütün israr və vədə baxmayaraq rüşvəti qəbul etməmişdi.
Qeydlərdə “Teomana nələr etdim, nə vədlər... Yox, yox adam almır” deməsi müzakirə olunmuşdu. Daha sonra ortadan itən məmur Teoman Dudakın nazirlik tərəfindən edilən şərhdə sürgün edilmədiyi, İstanbulda vəzifə müddəti dolduğu üçün Qaziantəpə təyin edildiyi açıqlanmışdı.
Aytən Sadıqzadə
www.oxu.az