Dağıstanının Mahaçqala şəhərində ləzgi milli “Sadval” hərəkatının lideri Nazim Hacıyev öldürülüb.
Oxu.Az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, Hacıyevin cəsədi Mahaçqaladakı mənzilində çoxsaylı bıçaq zərbələri ilə öldürülmüş vəziyyətdə aşkar olunub.
Xatırladaq ki, 1 il bundan əvvəl, 24 mart 2014-cü ildə bu terror təşkilatının başçılarından biri Ruslan Maqometrahimov da öldürülmüşdü.
Qeyd edək ki, “Sadval” Azərbaycanda ekstremist və terror təşkilatı kimi tanınır.