Sosial şəbəkələrdə şagirdləri dərs vaxtı müəlliminə qarşı tərbiyəsizliklərinin videosu yayılıb.
Oxu.Az-ın Faktxəbər-ə istinadən məlumatına görə, hadisələrin Qazaxıstanda baş verdiyi məlum olsa da, hansı məktəbdə olduğu bəlli deyil.
Kadrlardan görünür ki, 3 yeniyetmə müəllimdən döyüş fəndlərini təkmilləşdirmək üçün olan maniken kimi istifadə edir. Görüntülərdə hətta şagirdlərdən birinin imüəllimin doğazından yapışaraq boğma fəndini göstərməsi də aydın müşahidə edilir.
Həmin videonu sizlərə təqdim edirik.