Şeyx Məhəmməd kimi tanınan Dubay əmiri, 2006-cı ildən BƏƏ-nin baş naziri və vitse-prezidenti Məhəmməd ibn-Rəşid Əl-Məktum və onun dördüncü, ən kiçik həyat yoldaşı Həya bint əl-Hüseyn Dubaydakı “City Walk” ticarət mərkəzində yerləşən yeni kafedə görünüblər. Kafe “Baku” adlanır.
Oxu.Az yerli KİV-ə istinadən xəbər verir ki, kral ailəsi yeni restoranda Azərbaycan mətbəxinin təamlarını dadıb.
Qeyd edək ki, Həya bint əl-Hüseyn şahzadədir – İordaniyanın hazırkı kralı II Abdullanın bacısıdır. Şeyx Məhəmmədin dördüncü arvadı 1974-cü ildə anadan olub və Dubay əmirindən 25 yaş kiçikdir.
Kral ailəsi ötən həftə açılmış kafenin ilk müştərilərindən olub.
S.B.
www.oxu.az