Bu gün İrəvanda Ermənistan prezidentinin ofisi qarşısında etiraz aksiyası keçirilib.
Oxu.Az epress.am saytına istinadla xəbər verir ki, aksiyada 100 nəfər iştirak edib. Aksiya “Hər əsgər – mənim oğlumdur!”, “Qətllərin ədalətli istintaqını tələb edirik!”, “Əsgəri qorumaq lazımdır”, “Ordu - ətçəkən” şüarları ilə keçirilib.
İştirakçılar qeyri-müharibə şəraitində ölmüş əsgərlərin analarına qarşı polislərin güc tətbiq etməsini pisləyiblər.
Nümayişçilər Xüsusi istintaq komitəsini zor tətbiq etmiş polisləri məsuliyyətə cəlb etməyə çağırıblar. Aksiya zamanı tələbi müdafiə edənlərin imzalarının toplanması ilə bağlı aksiya keçirilib.