Ukraynanın Ali Radasında Radikal partiya fraksiyasının lideri Oleqlyaşko ukraynalı hərbçi Nadejda Savçenkonun Rusiya hakimiyyəti ilə azadlığa buraxılmasının əvəzində, “Ukraynanı satmaq” barədə razılaşdığını bəyan edib.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə parlamentari avqustun 3-də öz “Facebook” səhifəsində yazıb.
“Savçenko – müstəqil deyil, o, asılı və kənardan idarə edilən bir fiqurdur. Nadejda daha bizim hörmətimizə layiq deyil. Onu Ukrayna qəhrəmanı adından, deputat mandatından məhrum etmək və Ukraynanın AŞPA-dakı heyətindən geri çağırmaq lazımdır”, - Lyaşko bəyan edib.
Siyasətçinin fikrincə, Savçenko dediyi sözlərin Ukrayna üçün nə qədər məhvedici olduğunu özü anlayır, amma bu bəyanatları asılı olduğu və ya kompromat üçün edir.
Avqustun 2-də Nadejda Savçenko Kiyevdə xüsusi brifinqdə çıxış edib. Ukraynanın hərbi komandanlığını kütbeyinlər adlandıraraq 2014 və 2015-ci ilin əvvələrində Silahlı qüvvələrin verdiyi çoxsaylı itkilər üçün cəzalandırmağı tələb edib. O, həmçinin əsrlərin azad edilməsi prosesinin uzadılmasına etiraz olaraq aclıq da elan edib.
İyulun 22-də ukraynalı hərbçi bəyan edib ki, ukraynalılar Donbas sakinlərindən üzr istəməlidirlər.