Rol aldığı “Orange is The New Black” serialı ilə populyarlıq qazanan aktrisa Ruby Rose yay tətilini İspaniyanın İbiza adasında keçirir.
Oxu.Az xəbər verir ki, 30 yaşlı R.Rose sevgilisi Harley Gusman və rəfiqələri birlikdə yaxtada obyektivlərə tuş gəlib. Gənc aktrisa bu dəfə hədsiz arıqlığı ilə diqqət çəkib.
Rəngarəng çimərlik geyiminin ulduzun əynində böyük görünməsi də gözdən qaçmayıb.
Aytən Sadıqzadə
www.oxu.az