Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İsrail Xameneinin ola biləcəyi bunkerin yerləşdiyi əraziyə ZƏRBƏLƏR ENDİRDİ
İsrailin Tehranın Lavisan rayonuna hücumları güclü dağıntılara səbəb olub.
Oxu.Az bu barədə İsrailin "Kanal 9" telekanalına istinadla xəbər verir.
Hücum edilən ərazidə İranın Ali Rəhbəri Əli Xameneinin ola biləcəyi bunkerin yerləşdiyi ehtimal edilir. Lakin hazırda onun birbaşa zərbə hədəfi olub-olmaması barədə rəsmi məlumat yoxdur.
İranın "Nour News" agentliyinin verdiyi xəbərə görə, Tehranın şərq və şimal hissələrində üç güclü partlayış qeydə alınıb.
İranın hava hücumundan müdafiə vasitələri səhər saatlarında İslam Respublikasının şimal-şərqində yerləşən Məşhəd şəhərinin səmasında bir neçə kiçik İsrail pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı SNN telekanalı region hökumətinə istinadla yayıb.
Qeyd edək ki, daha əvvəl də Məşhəd şəhərində İsrailə məxsus PUA-ların ələ keçirilməsi halları qeydə alınmışdı.
İsrail Hərbi Hava Qüvvələri İranın qərbində yerləşən hərbi infrastruktura və "yer-yer" tipli raket buraxılış sistemlərinə zərbələr endirib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus 20-yə yaxın döyüş təyyarəsi hərbi kəşfiyyatın əməliyyat dəstəyi ilə İranın qərbindəki hədəflərə zərbələr endirərək onları sıradan çıxarıb.
İsrail İranın Buşehr, İsfahan və Natanzdakı nüvə obyektlərinə zərbələr endirib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi yayıb.
İsrail Hərbi Hava Qüvvələri gecə ərzində Ərakdakı hazırda işlək olmayan nüvə reaktoruna və Natanzdakı nüvə obyektinə hücum edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, İsrail qırıcıları İran ərazisində ballistik raketlər üçün xammal və müxtəlif komponentlər istehsal edən fabriklər də daxil olmaqla, onlarla obyekt vurulub.
Bildirilir ki, hücum plutonium istehsalında əsas komponent olduğu deyilən reaktor nüvəsinin bərkitmə konstruksiyasını hədəf alıb.
İranın Atom Enerjisi Təşkilatı İsrailin Ərak nüvə obyektini vurduğunu təsdiqləyib.
İsrail ordusuna məxsus 40 qırıcı İranda onlarla hərbi obyektə hücum edərək 100-dən çox raket atıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
İranın ən böyük nüvə obyekti olan Ərakdakı ağır su reaktorunun ətrafındakı ərazi İsrail tərəfindən hücuma məruz qalıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Mehr" məlumat yayıb.
İsrailin Ərakdakı ağır su reaktorunun ərazisinə zərbə endirməsindən sonra radioaktiv çirklənmə riskinin olmadığı, avadanlıqların əvvəlcədən çıxarıldığı qeyd edilir.
İranın Xondab şəhərində yerləşən ağır su reaktorunun ərazisi İsrail tərəfindən vurulub.
Oxu.Az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
İlkin məlumata görə, su reaktorunda sızma təhlükəsi yoxdur.
İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) iyunun 19-u səhər saatlarında İranın mərkəzi hissəsində, xüsusilə Ərak və Xondab şəhərləri yaxınlığında yaşayanlara təcili təxliyə xəbərdarlığı edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı SAXAL-ın farsdilli "X" səhifəsində edilən paylaşımda İsrail ordusunun İran ərazisində hərbi infrastruktura zərbələr endirdiyi qeyd olunub.
"Biz sizi Ərak və Xondab şəhərləri ərazisində müəyyən edilmiş ərazini mümkün qədər tez tərk etməyə çağırırıq. Bu ərazidə olmanız həyatınızı ciddi riskə atır", - bəyanatda deyilir.
Paylaşıma əlavə olunan peyk görüntüsündə İranın Ərak nüvə kompleksinin yerləşdiyi yerlə üst-üstə düşən ərazi qırmızı dairəyə alınıb. Bu ərazi uzun müddətdir ki, Qərb ölkələrini narahat edir, çünki ağır su (deyterium oksidi) nüvə silahı yaratmaq üçün alternativ yol olan plutoniumun istehsalında istifadə edilə bilər.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrailin İrana zərbələri zamanı Pezeşkianın yaralandığı məlum olub
- Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır
- İsrailli məmur: "Hücumlardan sonra İranda zənginləşdirilmiş uranın bir qismi qalıb"
- İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib
- Fidan: "Türkiyə ABŞ-nin nüvə proqramı danışıqları ilə bağlı mövqeyini İrana çatdırıb"