Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Serbiya Parlamentində dava zamanı üç deputat xəsarət alıb
Serbiya Parlamentində müxalifət partiyalarının və hakim çoxluğun qanunvericiləri arasında baş verən dava zamanı üç deputat xəsarət alıb, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Serbiya Radio və Televiziyası parlamentin sədri Ana Brnabiçin bəyanatına istinadən məlumat yayıb.
Brnabiçin sözlərinə görə, iclas zalında baş verən iğtişaşlar zamanı üç qadın deputat xəsarət alıb. Onlar arasında Yasmina Karanaç (Serbiya Sosial Demokrat Partiyası), eləcə də Yasmina Obradoviç və Sonya İliç (hər ikisi hakim Serbiya Proqressiv Partiyasının nümayəndəsidir) var.
Obradoviçə işıq-səs qumbarası dəyib, bundan sonra deputat insult keçirib, onun vəziyyəti ağır qiymətləndirilir. İliç isə hamiləliyinin səkkizinci ayında olduğuna görə, hazırda həkimlər onun körpəsinin həyatını xilas etməyə çalışırlar.
Serbiya parlamentində iğtişaşlar baş verib. Müxalifət nümayəndələri dava salıb, fişənglər yandırıb və spiker Ana Brnabiçi su ilə isladıblar.
Oxu.Az bu barədə "RİA Novosti"yə istinadla xəbər verib.
Bildirilir ki, insident yeni qanunların müzakirə olunduğu iclas zamanı baş verib.
Müxalif deputatlar bildiriblər ki, ölkədə kütləvi etirazlar davam etdiyi müddətcə debatlar aparmaq mümkün deyil.
Zala, həmçinin, tüstü bombaları atılıb.